Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbul martın 29-da YAP Biləsuvar rayon təşkilatının inzibati binasında olacaq
Sosial müdafiə
18 Mart , 2016 14:47
Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. 18 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi - 050-515-29-00

Beyləqan - 055-743-12-12

Biləsuvar - 050-504-44-22

İmişli - 050-635-66-49

Son xəbərlər

Orphus sistemi