Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda ötən ay 2600-dən çox işəgötürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib

    Cari ilin avqust ayında 142- “Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4534 müraciət daxil olub.

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında 142- “Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4534 müraciət daxil olub.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet səhifəsində məlumat yayılıb.

    Məlumata görə həmin zənglərin 93,6 faizi yəni 4245 müraciət sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, təxminən 61,5 faizi yaxud 2613 müraciət isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub.

    “Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi