Yuxarı

Azərbaycan prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin sayını artırıb

Azərbaycan prezidenti fərmana dəyişiklik edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edib. Report xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 432 ştat vahidi müəyyən edilib. İndiyədək Dövlət Agentliyi işçilərinin sayı 360 idi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yarandığı vaxt ştatlı işçilərinin say həddi 120 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi