​Azərbaycan DSMF-nin kollegiyasının tərkibi dəyişdirilib

​Azərbaycan DSMF-nin kollegiyasının tərkibi dəyişdirilib Baş nazir "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib
Sosial müdafiə
2369
28 Avqust , 2014 17:09
​Azərbaycan DSMF-nin kollegiyasının tərkibi dəyişdirilib
Bakı. 28 avqust. REPORT.AZ/ Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

Report xəbər verir ki, dəyişikliklə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kollegiyasının tərkibi müəyyən olunub. Kollegiyanın sədri DSMF sədri Mehdiyev Elman Lütvü oğlu, DSMF sədrinin müavini Babayev Zakir Hadı oğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, DSMF Aparatının daxili audit şöbəsinin müdiri Rzayev Elxan Əkrəm oğlu, DSMF Aparatının hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Atayeva Aynur Əliabbas qızı, DSMF Aparatının fərdi uçotun təşkili şöbəsinin müdiri Pənahova Nigar Şahin qızıdır.

Qeyd edək ki, bundan əvvəl kollegiyanın sədri DSMF-nin sabiq sədri Müslümov Səlim Yanvar oğlu olub.

Son xəbərlər

Orphus sistemi