Yuxarı
    Bağlamaq

    Azərbaycan baş prokurorunun qəbul günü dəyişdirilib

    Qəbul noyabrın 27-də Tərtər rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların oktyabrın 31-nə nəzərdə tutulmuş qəbulun vaxtı dəyişdiriib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, qəbul noyabrın 27-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi