Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycanda ailə cəmiyyətin əsasıdır və dövlətin himayəsindədir. Hazırda Azərbaycanda 2 milyondan çox ailə var. Hər il təxminən 84-minə yaxın nigah qurulur. Bu da Azərbaycanda əhalinin sayına görə müsbət göstəricidir". Bunu "Report"a
O bildirib ki, bu gün Azərbaycanda təqdir və təqdim olunası ailələr çoxdur: "Əgər günümüzdə qızıl, gümüş, brilliant toyunu qeyd edən ailələr varsa bu cəmiyyətin uğurudur".
Aynur Veysəlova bu gün dünyada beynəlxalq ailə gününün qeyd olunduğunu xatırladıb: "1994-cü ildən etibarən Beynəlxalq Ailə Günü qeyd olunur. Keçən il 20 illiklə bağlı Böyük Britaniyada xüsusi bir kitab çap olunub. Həmin kitabda dünyanın bir neçə ölkəsinin nümunəvi ailə modelləri öz əksini tapıb. Həmin ölkələrin içərisində Azərbaycan da var. Azərbaycan ailəsi nümunəvi və hərtərəfli ailə modeli kimi göstərilir və təbliğ olunur".
Komitə nümayəndəsi bildirib ki, Azərbaycan ailəsi dedikdə böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı səmimiyyət, hörmət, məhəbbət, birinin digərinə güzəştə getməsi və anlaması, tərəf müqabillərindən birinin digərinin zəhmətinə hörmətlə yanaşmasını nəzərdə tuturuq: "Valideynlər uşaqlarına yaxşı təhsil verməli, onları düzgün tərbiyə etməli, cəmiyyət üçün sağlam və layiqli vətəndaş kimi yetişdirməlidir. Bu çox normal və düzgün münasibətləri olan ailələrdi, təəssüf ki, bu ailələrin təbliği çox zəif həyata keçirilir. Hazırda KİV-lərdə ailədaxili zorakılıqdan daha çox yazılır, ailə daxilində olan xoşagəlməz hallar şişirdilmiş formada, reytinq və şou xətrinə cəmiyyətə təqdim olunur. Bu da belə bir fikir formalaşdırır ki, Azərbaycan ailə institunda problemlər var. Təbii ki, müasir dövrdə olan surətli inkişaf, elm və texnologiyanın inkişafı ailələrə pis təsir edə bilər. Amma ailələr özləri bu təhlükələri dəf etməlidirlər".