Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejiminin tətbiq olunduğu dövrdə ölkədə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər davam etdirilir.
Hazırda yaranmış vəziyyət yalnız Azərbaycanı deyil,bütün dünyanı narahat edir.
Məhz bu günlərdə gücün birlikdə olduğunu nəzərə alaraq aztəminatlı insanlar və ailələrə dəstək olmaq üçün həmrəylik və səfərbər olmaq vacib amildir.
“Ase Express” şirkətlər qrupu bu məqsədlə #dəstək aksiyasına başlayıb.
Bu həftədən başlayan kampaniya çərçivəsində artıq yardım qutuları vacib məhsullarla doldurularaq 20 ailəyə təqdim olunub.
#dəstək aksiyasının hər həftə təşkil olunması qərara alınıb. Bu aksiyaya qoşulmaq istəyənlər “Ase Express” yardım qutularının çatdırılmasını üzərinə götürə bilər.
Qeyd edək ki,
Karantin rejimi insanları evdə qalmağa sövq etdiyindən, xaricdə yaşayan, oxuyan və çalışan insanların vacib və təcili bağlamalarını “Ase Express”-in növbədə çalışan kuryerləri tərəfindən evdən təhvil alıb qapıya qədər çatdırılmasını təmin edirlər.
Şirkətin xidmətləri Avropa, Şimali və Cənubi Amerika, Afrika, Asiya və hətta Avstraliyanı da əhatə edir.
Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi zamanı “Ase Express” dövlətə faydalı olmaq və insanları sevindirməyi öz fəaliyyətnin əsas istiqaməti kimi seçib.