Yuxarı

ASAN Xidmətin könüllüləri Azərbaycanda imtahan prosesində nəzarətçi qismində iştirak edəcəklər

Məleykə Abbaszadə: Bununla əlaqədar ASAN Xidmətlə saziş imzalanacaq

Bakı. 2 fevral REPORT.AZ/ "Bu ildən ASAN Xidmətin könüllüləri Azərbaycanda keçirilən imtahan prosesində nəzarətçi qismində iştirak edəcəklər". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzarətçi müəllimlərinin mükafatlandırılmasına həsr olunan tədbirdə komissiyanın sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bununla əlaqədar ASAN Xidmətlə saziş imzalanacaq: "Onlar nəzarətçi müəllimlərin yanında köməkçi qismində iştirak edəcəklər".

M.Abbaszadənin sözlərinə görə, ötən il 600 mindən çox şəxs qəbul imtahanlarda iştirak edib: "Komissiya işini elə qurub ki, ictimaiyyət nümayəndələri imtahanlarda iştirak edə bilsinlər. İmtahan prosesi başa çatdıqdan sonra biz ən yaxşı müəllimləri seçirik. Bir neçə ildir ki, nəzarətçilərin elektron qeydiyyatı sistemi yaradılıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi