Səyyar "ASAN xidmət" iki rayon və bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" iki rayon və bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
8 Sentyabr , 2015 11:32
Səyyar ASAN xidmət iki rayon və bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən səyyar "ASAN xidmət" Samux və Xızı rayonlarında, həmçinin Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsində əhaliyə xidmətlər göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, səyyar "ASAN xidmət" sentyabr ayının 22-nə kimi Samux rayonunda Samux və Göygöl, Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərinə, sentyabrın 17-nə qədər isə Zirə qəsəbəsində Bakı şəhərinin sakinlərinə səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, cari ilin sonuna kimi səyyar "ASAN xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi