“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq

“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 15-18-də Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, “ASAN xidmət” və ASAN Kommunal mərkəzlərində qeyri-iş günüdür.
Sosial müdafiə
13 iyun 2018 11:32
“ASAN xidmət” və “ASAN Kommunal”da 4 gün iş olmayacaq
Report
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 15-18-də Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

İyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi