“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar olaraq, 31 dekabr – 2 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Sosial müdafiə
28 Dekabr , 2018 17:05
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar olaraq, 31 dekabr – 2 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yanvarın 3-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN kommunal” mərkəzi fəaliyyətdədir.

Son xəbərlər

Orphus sistemi