​“ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlayıb

​“ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlayıb Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir
Sosial müdafiə
3 Mart , 2016 11:34
​“ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlayıb

Bakı. 3 mart. REPORT.AZ/ “ASAN xidmət” tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başlayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, artıq vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən evdən, işdən və ya internet olan istənilən məkandan sənədlərini tercume.asan.az internet səhifəsi vasitəsi ilə göndərərək tərcümə xidmətindən yararlana biləcəklər.

Belə ki, tərcümə olunacaq sənədin şəkili və ya hər hansı formada elektron variantı saytda müvafiq xanaya yüklənilir, sənədin tərcümə olunacağı dil seçilir və kuryer xidmətindən istifadə edilib edilməyəcəyi qeyd olunur.

Əgər vətəndaş kuryer xidmətini seçməyibsə,o zaman sənədi hansı “ASAN xidmət” mərkəzindən götürmək istədiyini qeyd edir. Kuryer xidməti seçildiyi təqdirdə isə hazır sənəd vətəndaşın ünvanına çatdırılır.

Sənəd qəbul olunub baxıldıqdan sonra tərcümənin vaxtı və ödəniləcək məbləğ haqqında məlumat vətəndaşa elektron poçt vasitəsilə göndərilir.

Vətəndaş onlayn ödəniş etdikdən sonra sənəd tərcümə edilməyə başlanılır. 

Son xəbərlər

Orphus sistemi