​“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək

​“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi açıqlama yayıb
Sosial müdafiə
19 Mart , 2015 13:02
​“ASAN xidmət” qeyri-iş günlərində fəaliyyətini davam etdirəcək

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində də öz fəaliyyətini davam etdirəcək. Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, 20-24 mart tarixində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. Martın 25-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Son xəbərlər

Orphus sistemi