“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib Dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır
Sosial müdafiə
130
18 Yanvar , 2017 11:13
“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Bakı 18 yanvar. REPORT.AZ/ Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. 

Dövlət Agentliyindən bildirilib ki, dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

Son xəbərlər

Orphus sistemi