Yuxarı

​"ASAN xidmət" mərkəzlərindən biri 2 gün işləməyəcək

Vətəndaşlar həmin tarixlərdə digər ASAN xidmət mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzi profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək. Bu barədə “Report”a Agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Vətəndaşlar həmin tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi