ASAN xidmət mərkəzlərində SOCAR-la bağlı 20 629 müraciət həllini tapıb

ASAN xidmət mərkəzlərində SOCAR-la bağlı 20 629 müraciət həllini tapıb “Daxil olmuş müraciətlərin hamısı tam icra edilib”
Sosial müdafiə
21 Aprel , 2015 15:17
ASAN xidmət mərkəzlərində SOCAR-la bağlı 20 629 müraciət həllini tapıb

Bakı. 21 aprel. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərinə itirilmiş smart kartların bərpası, qeydiyyatda olan və yerli qaz istismar sahələrində təsdiq olunmuş məcburi köçkün abonentlərinə limitlərin verilməsi, saldonun çap olunması, borc haqqında məlumatın təqdim edilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi ilə əlaqədar 20 629 müraciət daxil olub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Daxil olmuş müraciətlərin hamısı tam icra edilib”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi