"ASAN xidmət" mərkəzləri iki gün işləməyəcək

"ASAN xidmət" mərkəzləri iki gün işləməyəcək Qalan günlər vətəndaşlar “ASAN xidmət” mərkəzlərinin müvafiq xidmətlərindən yararlana biləcəklər
Sosial müdafiə
23 Sentyabr , 2015 12:29
ASAN xidmət mərkəzləri iki gün işləməyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin " ASAN xidmət " mərkəzləri Qurban bayramı ilə əlaqədar sentyabrın 24-25-də işləməyəcək.

Bu barədə “Report”a agentliyin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi