“ASAN xidmət” mərkəzləri 1 gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri 1 gün işləməyəcək Vətəndaşlar iyunun 27-dən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər
Sosial müdafiə
24 İyun , 2016 15:54
“ASAN xidmət” mərkəzləri 1 gün işləməyəcək

Bakı. 24 iyun. REPORT. AZ/ “ASAN xidmət” mərkəzlərində 1 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində iyunun 26-ı qeyri-iş günü olacaq.

Vətəndaşlar iyunun 27-dən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir. 

Son xəbərlər

Orphus sistemi