"ASAN xidmət" mərkəzində yeni təyinat olub - FOTO

"ASAN xidmət" mərkəzində yeni təyinat olub - FOTO Direktor vəzifəsinə Adil Qasımov təyin edilib
Sosial müdafiə
25 avqust 2015 12:28
ASAN xidmət mərkəzində yeni təyinat olub - FOTO

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni təyinat olub.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsinə Adil Qasımov təyin edilib.

Adil Qasımov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Adil Nazim oğlu Qasımov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993-1996-cı illər ərzində Türkiyə "Balıkesir texnik hazırlama okulu"nda rabitəçi gizir ixtisasında təhsil alıb, 1996-1997-ci illərdə Türkiyə "Ankara astsubay hazırlama okulu"nda rabitəçi gizir ixtisasını davam etdirib. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb. 2003-2008-ci illərdə "Maidə" kiçik müəssisəsində mühasib vəzifəsini yerinə yetirib. 2008-2013-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft kəmərləri idarəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzi iyulun 14-də açılıb. Mərkəz Bakı şəhərinin Nizami rayonu,  Heydər Əliyev prospekti 115-də yerləşir.

Son xəbərlər

Orphus sistemi