“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO - EKSKLÜZİV

“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO - EKSKLÜZİV “Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”
Sosial müdafiə
2 May , 2018 20:11
“ASAN Xidmət”in yeni sədri: “Fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik” - VİDEO - EKSKLÜZİV
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev / Report / Elchin Murad

Bakı. 2 may. REPORT.AZ/ “Biz fəaliyyətimizə olduğumuz yerdən davam edəcəyik”.

Bunu “Report”a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O xatırladıb ki, Dövlət Agentliyinə sədr təyin olunana qədər bu qurumda sədr müavini vəzifəsində çalışıb: “ASAN Xidmət”in cənab Prezident tərəfindən müəyyən olunmuş prinsipləri var: şəffaflıq, operativlik, məsuliyyət, nəzakətli davranış. Biz bu prinsiplərə əməl etməklə olduğumuz yerdən “ASAN Xidmət”in fəaliyyətinə davam edəcəyik”.

Ü.Mehdiyev qeyd edib ki, hazırda ölkə ərazisində 13 “ASAN Xidmət” mərkəzi var: “Mərkəzlərin 8-i regionlarda, 5-i Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir”.

Qeyd edək ki, Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri vəzifəsində ilk müsahibəsini “Report”a verib. Müsahibənin tam versiyası mayın 3-də yayımlanacaq.

Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi