“ASAN xidmət”in Statistik portalı istifadəyə verilib

“ASAN xidmət”in Statistik portalı istifadəyə verilib Portal Dövlət Agentliyinin İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb
Sosial müdafiə
16 Sentyabr , 2016 11:15
“ASAN xidmət”in Statistik portalı istifadəyə verilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı www.asan.gov.azwww.vxsida.gov.az rəsmi internet səhifələrində Statistik portal istifadəyə verilib.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Məlumata görə, portal Dövlət Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə statistik məlumatları özündə əks etdirən İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb.

Xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Qeyd edək ki, məlumatları hər gün yenilənən Statistik portal dövlət idarəetməsi sahəsində qabaqcıl təcrübədir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaxın günlərdə portalın ingilis dili versiyası da istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi