"ASAN Xidmət" gözdən əlillər üçün məlumat kitabçası hazırlayıb

"ASAN Xidmət" gözdən əlillər üçün məlumat kitabçası hazırlayıb Kitabça gözdən əlil şəxslərin xidmətlərdən rahatlıqla yararlanmaları məqsədi ilə tərtib edilib
Sosial müdafiə
13 Noyabr , 2014 14:02
ASAN Xidmət gözdən əlillər üçün məlumat kitabçası hazırlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən13 noyabr - Beynəlxalq Gözdən əlillər günü münasibətilə "Brayl Əlifbalı Məlumat kitabçası" tərtib edilib. "Report" xəbər verir ki, bu barədə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib.

Kitabça gözdən əlil şəxslərin "ASAN Xidmət" mərkəzlərində təqdim olunan xidmətlərdən rahatlıqla yararlanmaları məqsədi ilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi