“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb Bakı. 25 dekabr. REPORT.AZ/ “ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Sosial müdafiə
25 Dekabr , 2018 15:18
“ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

Bakı. 25 dekabr. REPORT.AZ/ “ASAN xidmət”ə 26 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə “Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bu müraciət Şəki “ASAN xidmət” mərkəzinə Nadir Paşayev tərəfindən edilib. O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətindən yararlanıb.

26 milyonuncu müraciətin sahibi kimi Nadir Paşayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Son xəbərlər

Orphus sistemi