“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb - FOTO

“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb - FOTO Bakı. 5 noyabr. REPORT.AZ/ “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Sosial müdafiə
5 Noyabr , 2018 12:13
“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb - FOTO
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. 

"Report" xəbər verir ki, müraciəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib. 

O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. 

Bənövşə Rzayeva 25 milyonuncu müraciətin sahibi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. 

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Son xəbərlər

Orphus sistemi