"ASAN xidmət"ə 13 milyondan çox müraciət daxil olub

"ASAN xidmət"ə 13 milyondan çox müraciət daxil olub Bakı şəhəri üzrə ən çox müraciət Yasamal rayonundan qeydə alınıb
Sosial müdafiə
5 Yanvar , 2017 14:44
ASAN xidmətə 13 milyondan çox müraciət daxil olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinə yarandığı vaxtdan bu günə qədər 13 milyondan çox müraciət daxil olub.

"Report" xəbər verir ki, "ASAN xidmət" mərkəzlərinə 1 366 gün ərzində ümumilikdə 13 123 891 müraciət daxil olub. Onlardan 12 207 191-i mərkəzlər, 916 700-ü isə səyyar xidmət üzrə olan müraciətlərin sayıdır.

Regionlar üzrə ümumi müraciətlərin çoxunu - Gəncə şəhəri (17,13 faiz) təşkil edir. Ən az müraciət daxil olan rayon isə 0,08 faiz göstəricisi ilə Şahbuz rayonudur. Bakı şəhəri üzrə "ASAN xidmət" mərkəzinə ən çox müraciət 14,68 faiz olmaqla Yasamal rayonundan daxil olub.

Qeyd edək ki, ilk "ASAN xidmət" mərkəzi 2013-cü ilin iyulun 13-də fəaliyyətə başlayıb. Hazırda 9 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, dördü isə Azərbaycanın bölgələrindədir. Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. "ASAN xidmət" mərkəzlərində 10 dövlət qurumu 280-dən çox müxtəlif xidmətlər həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi