“ASAN xidmət”də ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidmətinə başlanılıb

“ASAN xidmət”də ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidmətinə başlanılıb “ASAN xidmət” Dövlət Gömrük Komitəsinin funksiyalarından birini həyata keçirir
Sosial müdafiə
27 Yanvar , 2017 12:14
“ASAN xidmət”də ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidmətinə başlanılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Fiziki şəxslərin müvəqqəti gətirdiyi avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə,  yanvar ayının 26-dan etibarən, şəxslər Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.

Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.

Xatırlatmaq istərdik ki, “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi