“Yeni ilə əl-ələ” sosial aksiyası təşkil edilib

“Yeni ilə əl-ələ” sosial aksiyası təşkil edilib Emin Musavi: “Aksiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət ayırmaqdır”
Sosial müdafiə
27 Dekabr , 2016 20:07
“Yeni ilə əl-ələ” sosial aksiyası təşkil edilib

Bakı. 27 dekabr. REPORT.AZ/ “ASAN Radio” və "CDB Bank" Beynəlxalq Muğam Mərkəzində “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirib.

“Report”un məlumatına görə, tədbirdə rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak ediblər.

“ASAN Radio”nun direktoru Emin Musavi çıxış edərək radionun ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib. O bildirib ki, P­rezident İlham ­Əliye­vin tapşırığı i­lə yar­adılan “ASAN R­adio” 2­015-ci il dek­abrın 24­-də yayıma ­başlayıb: “Dövlət xidmətləri s­ahəsində i­xtisaslaşan­ ilk və y­eganə radio ­olan “­ASAN Radio” sosial, ­elm, idman, mə­dəniyy­ət və digər sah­ələrdə maraqlı, fay­dalı­ verilişlər hazır­lay­araq dinləyicilərə­ t­əqdim edir. “ASAN R­a­dio” həm “ASAN xidmə­­t” mərkəzlərində təms­­il olunan, həm də di­g­ər dövlət qurumlar­ın­ın xidmətləri barə­də ­dinləyiciləri ətr­aflı­ məlumatlandırır­, vət­əndaşlarla dövl­ət qur­umları arasınd­a əlaqə­ni möhkəmlənd­irir. Xə­bər istehsal­çısı olan­ “ASAN Radi­o” məlumat­ları dinlə­yicilərə op­erativ şə­kildə çatdır­ır”.

Direktorun sözlərinə görə, “Yeni ilə əl-ələ” adlı sosial aksiyanın məqsədi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. O, dövlət tərəfindən himayəyə götürülən, xüsusi təyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcəyini vurğulayıb.

ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiya incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi