“ASAN Məktub” layihəsi çərçivəsində 24 hədiyyə sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb

“ASAN Məktub” layihəsi çərçivəsində 24 hədiyyə sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb Sosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb
Sosial müdafiə
30 Noyabr , 2015 13:26
“ASAN Məktub” layihəsi çərçivəsində 24 hədiyyə sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ ASAN Könüllülərinin “ASAN Məktub” layihəsi çərçivəsində www.asanmektub.az saytında yerləşdirilən və sosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə artıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb və 24 vətəndaşa hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.

Məlumata görə, öhdəçiliyə alınan 45 məktubun hədiyyələri isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır.

“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir: "Siz də www.asanmektub.azsəhifəsindən cavabınızı gözləyən məktubu öhdənizə götürməklə uşaqların sevincinə sevinc qata bilərsiniz". 

Son xəbərlər

Orphus sistemi