“ASAN Könüllüləri” Təşkilatı yeni aksiyaya başlayıb

“ASAN Könüllüləri” Təşkilatı yeni aksiyaya başlayıb Aksiyanın əsas məqsədi ucqar rayonlarda yaşayan balacaların maariflənməsinə töhfə verməkdir
Sosial müdafiə
13 Fevral , 2016 13:51
“ASAN Könüllüləri” Təşkilatı yeni aksiyaya başlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ “ASAN Könüllüləri” Təşkilatı ASAN Məktub layihəsi çərçivəsində yeni aksiyaya başlayıb.

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Məlumata görə, “ASAN Könüllüləri” kitab aksiyasına start verib. Öz kitabını hədiyyə edərək hər kəs bu aksiyaya qoşula bilər.

Qeyd edək ki, aksiyaya dəstək olan şəxslərdən toplanan bu kitablar ucqar rayonlarda yaşayan azyaşlı vətəndaşlarımıza paylanacaq. Sözügedən ərazilərdə kitabxanalar, vətəndaşların maariflənməsi üçün oxu köşkləri bir qədər məhduddur. Aksiyanın əsas məqsədi toplanan kitabları ucqar rayonlarda yaşayan balacalara hədiyyə etməklə onların maariflənməsinə az da olsa töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi