Dövlət Agentliyinin sədri: "ASAN Kommunal" mərkəzlərinin yaradılması istiqamətində intensiv işlər gedir"

Dövlət Agentliyinin sədri: "ASAN Kommunal" mərkəzlərinin yaradılması istiqamətində intensiv işlər gedir" İnam Kərimov: "Qısa müddət ərzində "ASAN Kommunal" mərkəzlərinin yaradılması başa çatacaq"
Sosial müdafiə
14 May , 2016 14:50
Dövlət Agentliyinin sədri: ASAN Kommunal mərkəzlərinin yaradılması istiqamətində intensiv işlər gedir

Bakı. 14 may. REPORT.AZ/ "Prezident İlham Əliyevin tapşırığına əsasən, hazırda "ASAN Kommunal" mərkəzlərinin yaradılması istiqamətində intensiv işlər gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, qısa müddət ərzində "ASAN Kommunal" mərkəzlərinin yaradılması başa çatacaq.

Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı fərman imzalayıb. “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə aid olan bütün müştəri xidmətləri "ASAN Kommunal" mərkəzlərində həyata keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi