Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib Qəbul zamanı irəli sürülən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb
Sosial müdafiə
17 Mart , 2015 17:27
Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a SHXÇDX-dən məlumat verilib.

Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və şəhid statusunun verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan 6 müraciət aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, qəbulda 24 vətəndaş iştirak edib. 

Son xəbərlər

Orphus sistemi