Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edəcək
Sosial müdafiə
3 Avqust , 2015 22:43
Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 13-də saat 10:00-da Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.

Son xəbərlər

Orphus sistemi