Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib - FOTO

Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib - FOTO Lənkəran. 21 iyun. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Lənkəran rayonunda yardımlı, Lerik və Astara rayonlarının sakinlərini qəbul edib.
Sosial müdafiə
21 İyun , 2018 13:39
Arzu Rəhimov Lənkəranda vətəndaşları qəbul edib - FOTO
0 : 00
0 : 00

Lənkəran. 21 iyun. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Lənkəran rayonunda yardımlı, Lerik və Astara rayonlarının sakinlərini qəbul edib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəbulda 30-dan artıq vətəndaş iştirak edib.

Qəbulda müraciətlər, əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Eyni zamanda Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədi ilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi