Artur Rasi-zadə Bayıl sürüşmə zonasında yaşayan 98 ailəyə kirayə pulunun ayrılması barədə sərəncam imzalayıb - YENİLƏNİB

Artur Rasi-zadə Bayıl sürüşmə zonasında yaşayan 98 ailəyə kirayə pulunun ayrılması barədə sərəncam imzalayıb - YENİLƏNİB Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək
Sosial müdafiə
973
16 Fevral , 2018 11:06
Artur Rasi-zadə Bayıl sürüşmə zonasında yaşayan 98 ailəyə kirayə pulunun ayrılması barədə sərəncam imzalayıb - YENİLƏNİB
Report/ Elchin Murad

Bakı. 16 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.

NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli "Report"a açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.


*** 10:14

Bakı. 16 fevral. REPORT.AZ/ Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib.

"Report"un əldə etdiyi məlumata görə, qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.

Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.

Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail Rayon İcra Hakimiyyəti (RİH) ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH ərazidə evi olan sakinləri siyahıya alıb.

Son xəbərlər

Orphus sistemi