AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub

AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub Bakı. 24 noyabr. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 24-də Gəncədə yerli bölmənin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla görüşüb, onların biliklərini yoxlayıb və öz tövsiyələrini verib.
Sosial müdafiə
3003
24 Noyabr , 2018 20:03
AQTA sədri Gəncədə yerli bölmənin işi ilə tanış olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 24-də Gəncədə yerli bölmənin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla görüşüb, onların biliklərini yoxlayıb və öz tövsiyələrini verib.

“Report” xəbər verir ki, daha sonra Q.Təhməzli Tovuz şəhər Heydər Əliyev Mərkəzində Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüşüb.

Görüşdə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib. Hüquqşünaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya, mikrobiologiya, maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsili olan və işə qəbul üçün müraciət edən vətəndaşlarla fərdi qaydada söhbət aparılıb.

Agentliyin sədri vətəndaşların müraciətlərini və təkliflərini dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Sədr görüş zamanı dövlət başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.

Bundan əvvəl AQTA baytarlıq preparatları və yem idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi