AQTA-da süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

AQTA-da süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib Bakı. 29 may. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Sosial müdafiə
29 May , 2018 16:42
AQTA-da süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Bu barədə "Report"a AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Agentliyin Aparat rəhbəri Rəşad Mafusov qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi, eləcə də ictimai iaşə və xidmət sahələrində istifadəsi ilə bağlı qanunvericiliyin tələblərini sahibkarlara izah edib. O bildirib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi