AMEA-nın əməkdaşları arasında pulsuz endokrinoloji müayinə və konsultasiya keçirilir

AMEA-nın əməkdaşları arasında pulsuz endokrinoloji müayinə və konsultasiya keçirilir Aksiya 1 ay davam edəcək
Sosial müdafiə
3 Aprel , 2017 19:11
AMEA-nın əməkdaşları arasında pulsuz endokrinoloji müayinə və konsultasiya keçirilir

Bakı. 3 aprel. REPORT.AZ Bu gündən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatı dəstəyi ilə VM Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin həkim və digər mütəxəssislərdən ibarət səyyar briqadası MEK və AMEA-nın bütün institut və təşkilatlarının əməkdaşları arasında pulsuz endokrinoloji diaqnostik müayinə və konsultasiyanı həyata keçirir.

MEK-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərkəzin peşəkar həkim heyəti əməkdaşları müayinə edərək onlara lazımi məsləhətlər verib. Göstəriş olan xəstələrə ultrasəs (USM) müayinəsi keçirilib.

Ödənişsiz tibbi müayinə vasitəsilə insanların diabetin hansı risk qrupuna aid olduqları, qanda şəkərin miqdarı, bədən çəkisi indeksi müəyyən edilib, qan təzyiqi ölçülüb.

Mərkəz tərəfindən iştirakçılara şəkərli diabet xəstəliyinin müalicəsinə dair praktik göstərişləri və xəstəliyin qarşısının alınması üsulları haqqında məlumatları əks etdirən azərbaycan və rus dillərində buklet və kitablar hədiyyə verilib.

Mərkəzi Elmi Kitabxana AMEA-nın əməkdaşları ilə yanaşı, bütün media nümayəndələrini də pulsuz endokrinoloji diaqnostik müayinə və konsultasiyadan yararlanmağa dəvət edir.

Xatırladaq ki, aksiya 1 ay davam edəcək.

Son xəbərlər

Orphus sistemi