Almatıdan 117 nəfər azərbaycanlı vətənə gətirilib

Almatıdan 117 nəfər azərbaycanlı vətənə gətirilib Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.
Sosial müdafiə
837
24 İyul , 2020 22:36
Almatıdan 117 nəfər azərbaycanlı vətənə gətirilib

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

AZAL-dan “Report”a verilən məlumata görə, iyulun 24-də aviaşirkətin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatıdan vətənə gəlib.

Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi