Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb

Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb “2006-cı ildən bu günə qədər əyani ali təhsilin staja daxil edilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməyib”.
Sosial müdafiə
11 Yanvar , 2022 12:09
Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb
0 : 00
0 : 00

Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib.

Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: “Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”.

DSMF rəsmisi bildirib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi