Ali Məhkəmənin kollegiya sədri vətəndaşları qəbul edəcək

Ali Məhkəmənin kollegiya sədri vətəndaşları qəbul edəcək Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 8-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Şamaxıda vətəndaşları qəbul edəcək.
Sosial müdafiə
4 Noyabr , 2019 14:55
Ali Məhkəmənin kollegiya sədri vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 8-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Şamaxıda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. 

Vətəndaşların qəbulu Şamaxı Rayon Məhkəməsində (ünvan: Şamaxı rayonu, Çənclər küç., 22) saat 11:00 başlayacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şamaxı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi