Aİ pensiya sistemində islahatlar həyata keçirilməsində Azərbaycana dəstək verəcək

Aİ pensiya sistemində islahatlar həyata keçirilməsində Azərbaycana dəstək verəcək Müvafiq tvinninq-layihə Fransa ilə birgə həyata keçiriləcək
Sosial müdafiə
22 İyun , 2017 10:53
Aİ pensiya sistemində islahatlar həyata keçirilməsində Azərbaycana dəstək verəcək

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 23-də Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda pensiya sistemində islahatlar həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" tvinninq-layihə başlayacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda pensiya sistemi və sosial müdafiənin Avropa təcrübəsinə uyğun hala gətirilməsi üçün gələcək islahatlara təşviq etməkdir.

24 ay davam edəcək layihə 1,2 milyon avroluq büdcəyə malikdir və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşəkar Hazırlıq və Sosial Dialoq Nazirliyi və Avropa və beynəlxalq məsələlər üzrə nümayəndə heyətinin birgə həyata keçiriləcək.

Qeyd edək ki, bu, Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində Fransa ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək üçüncü tvinninq-layihə olacaq.

Son xəbərlər

Orphus sistemi