Ağsuda Səyyar "ASAN xidmət"də ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Ağsuda Səyyar "ASAN xidmət"də ödənişsiz tibbi müayinə aksiyası keçirilib Bakı. 8 noyabr. REPORT.AZ/ ASAN xidmət və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
Sosial müdafiə
8 Noyabr , 2017 15:33
Ağsuda Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ "ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Aksiya çərçivəsində 400-dən çox vətəndaş müraciəti qeydə alınıb. Belə ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi