Agentlik: "Vətəndaşlar özünüməşğulluq çərçivəsində bütün əmlaklarla təmin olunacaq"

Agentlik: "Vətəndaşlar özünüməşğulluq çərçivəsində bütün əmlaklarla təmin olunacaq" "Yaxın günlərdə vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində bütün əmlaklarla təmin olunması başa çatacaq".
Sosial müdafiə
28 Yanvar , 2022 12:11
Agentlik: Vətəndaşlar özünüməşğulluq çərçivəsində bütün əmlaklarla təmin olunacaq

"Yaxın günlərdə vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində bütün əmlaklarla təmin olunması başa çatacaq".

“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, ötən il üzrə özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilməsi nəzərdə tutulan əmlaklar barədə məlumatlar bu il də keçərli olacaq: "Yaxın vaxtlarda bütün əmlaklarla təminolunma sona çatacaq. Bu istiqamətdə işlər aparılır, müvafiq tədbirlər planı hazırlanıb. Növbəlilik prinsipi əsasında paylama qrafikləri təyin olunub”.

Qeyd edək ki, ötən il üçün 16 232 nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi