Agentlik sədri: "ASAN xidmət" mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır"

Agentlik sədri: "ASAN xidmət" mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır" ASAN xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır.
Sosial müdafiə
3 Aprel , 2019 17:28
Agentlik sədri: ASAN xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır

ASAN xidmət mərkəzlərində Qarabağ döyüşlərində yaralanmış 10-a yaxın qazi çalışır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, "ASAN xidmət" mərkəzlərində bəzi şəhid ailələrinin üzvləri də müxtəlif işlərlə təmin olunub: "Bu da o deməkdir ki, dövlətin şəhid ailələrinə və qazilərə dəstəyi göz qabağındadır. Biz işlə bağlı məsələlərdə şəhid ailələrinə üstünlük veririk".

"Aprel döyüşləri Qarabağda dönüş yaratmış bir zəfərdir. Bu zəfərin nəticəsində nəinki ərazilərimizin müəyyən bir hissəsi azad olundu, hətta bütün beynəlxalq təşkilatlara bu işğalla barışmayacağımızı, işğalı qəbul etməyəcəyimizi və lazım gələrsə, öz hərbi gücümüzlə torpaqlarımızı işğaldan azad edəcəyimizə hazır olduğumuzu sübut etmiş olduq" - Agentlik sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi