Yuxarı

Ağdaşda narkomaniya ilə bağlı rayon ictimaiyyəti və fəal gənclərlə görüş keçirilib

Sonda vətəndaşları maraqlandırın suallar cavablandırılıb

Bakı. 15 may. REPORT.AZ/ Ağdaş rayon Habil Əliyev adına musiqi məktəbində rayonun idarə müəssisələri və bir qrup gənclərlə görüş keçirib. "Report" xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə baş tutan tədbir gənc nəslin narkomaniyaya və qeyri-ənənəvi dini təriqətlərə cəlb olunmasının qarşısının alınması məqsədi daşıyıb. 

Tədbirdə qeyd edilib ki, narkomaniyanın qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır. Narkotik istifadəçisi olan və ya olmayan hər bir şəxsin bu faciənin nəticələri haqda maariflənməsi, xəstəliyin insanları hansı həddə çatdıra biləcəyi haqda məlumatlı olması vacibdir. Xüsusən də müəllimlər və valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayev bildirib ki, rayon ərazisində radikal və ekstremist yönümlü dini təriqətlərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması məqsədilə Ağdaş RPŞ-nin rəisinin əmri ilə RPŞ-nin əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup yaradılıb. Qrupun üzvləri rayon ərazisində radikal və ekstremist yönümlü dini təriqətlərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində ardıcıl və səmərəli tədbirlər həyata keçirməklə görmüş olduqları işləri ümumiləşdirərək hər rübün sonu RPŞ-nin rəhbərliyinə məruzə ediblər. Sonda vətəndaşları maraqlandırılan suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi