Yuxarı

Ağdamlı seçicilər deputatlığa namizəd Bəxtiyar Əliyevi dəstəkləyiblər

Deputatlığa namizəd Bakının Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrində məskunlaşan ağdamlı seçicilərlə görüşüb

Bakı. 16 oktyabr. REPORT.AZ/ 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir.

"Report" xəbər verir ki, B.Əliyev Bakının Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələrində məskunlaşan ağdamlı seçicilərlə görüşüb.

Deputatlığa namizəd seçki platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb, Milli Məclis üzvü seçiləcəyi halda görəcəyi işlərdən danışıb.

Görüşlərdə iştirak edən seçicilər B.Əliyevin seçki platformasını maraqla qarşılayıblar. Çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev daima onların etimadını doğruldub, hər zaman seçicilərilə bir yerdə olub. Ağdamlılar öz deputatları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər: "Bizim başqa deputata ehtiyacımız yoxdur".

Seçicilər deyiblər ki, noyabrın 1-də deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi