Ağdamlı seçicilər: "Biz deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəyik"

Ağdamlı seçicilər: "Biz deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəyik" Bəxtiyar Əliyev paytaxtın Qaradağ və Səbail rayonlarında məskunlaşan ağdamlı seçicilərlə görüşüb
Sosial müdafiə
19 Oktyabr , 2015 16:29
Ağdamlı seçicilər: Biz deputatlığa namizəd Bəxtiyar Əliyevə səs verəcəyik

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Biz professor Bəxtiyar Əliyevi səmimi insan, böyük elm xadimi, dəyərli ziyalı, insanların qayğısına qalan, onların problemlərinin həlli üçün əlindən gələn köməkliyi göstərən deputat kimi tanıyırıq".

"Report" xəbər verir ki, bu fikirlər 118 saylı Ağdam şəhər Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyevin Qaradağ və Səbail rayonlarında məskunlaşan ağdamlı seçicilərlə görüşündə səslənib.

Seçicilərin böyük maraq göstərdikləri görüşlərdə Ağdam rayonundan olan ziyalılar da iştirak ediblər. Ağdamlılar B.Əliyevin yenidən deputatlığa namizəd olmasından məmnun qaldıqlarını, belə qayğıkeş, hər zaman seçiciləri ilə bir yerdə olan, yüksək peşəkarlıq səviyyəsinə və təcrübəyə malik deputatlarının olmasına sevindiklərini bildiriblər: "İndi internet dövrüdür, ölkədə mətbuat azadlığı var. İnsanlar bütün məsələlərdən dərhal xəbər tuturlar. Biz Bəxtiyar Əliyevin necə fəaliyyət göstərdiyindən və gördüyü işlərdən yaxşı xəbərdarıq. Bəxtiyar Əliyev seçicilərilə mütəmadi görüşlər keçirir, ağdamlılara hesabat verir. Həm də mətbuat vasitəsilə deputatımızın fəaliyyətini izləyirik. Bəxtiyar müəllimi nümunəvi deputat sayırıq. O, deputat olduğu dövrdə ağdamlıları başqalarının yanında utandıran, başını ağaşı edən hərəkətə yol verməyib və biz əminik ki, bundan sonra da verməyəcək. Belə bir deputatımızın olması ilə fəxr edirik".

Seçicilər qeyd ediblər ki, noyabrın 1-də deputatlığa namizəd B.Əliyevə səs verəcəklər.

B.Əliyev belə xoş sözlərə və dəstəyə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.

O, deputat olduğu dövrdə gördüyü işlərin hesabatını verib. B.Əliyev bildirib ki, Milli Məclisdə təmsil olunduğu dövrdə xeyli iş görə bilib: "Amma düşünürəm ki, birlikdə görə biləcəyimiz çoxlu işlər var. Ona görə də yenidən deputatlığa namizəd olmağa qərar verdim. Sizin problemləriniz, dərdiniz mənim problemim, dərdimdir. Təbii ki, əsas dərdimiz Ağdamın erməni işğalında olmasıdır. Amma bu da çox çəkməz. İnşallah, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Ağdam işğaldan azad olunacaq və biz bu sevinci birlikdə yaşayacağıq". 

Son xəbərlər

Orphus sistemi