Ağdamda ermənilərin raketlə dağıtdığı ev yenidən bərpa olunub

Ağdamda ermənilərin raketlə dağıtdığı ev yenidən bərpa olunub Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Ağdam rayonuna raket komplekslərindən və ağır artilleriya qurğularından atdığı mərmilərlə dinc əhaliyə qarşı terror aktları həyata keçirdi.
Sosial müdafiə
4 Noyabr , 2021 17:40
Ağdamda ermənilərin raketlə dağıtdığı ev yenidən bərpa olunub

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Ağdam rayonuna raket komplekslərindən və ağır artilleriya qurğularından atdığı mərmilərlə dinc əhaliyə qarşı terror aktları həyata keçirdi.

"Report"un Qarabağ bürosu xəbər verir ki, erməni terrorçularının bu qeyri-insani və heç bir müharibə qaydalarına sığmayan təcavüzünə Ağdam rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı Alıbəyli-1 qəsəbəsi də məruz qalıb.

Alıbəyli-1 qəsəbəsinin müntəzəm olaraq raket və ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində mərmilərdən biri, qəsəbədə məskunlaşan Ağdamın Mərzili kəndindən olan məcburi köçkün Sarı Allahverdiyevə məxsus fərdi yaşayış evinə düşüb.

S.Allahverdiyev bildirib ki, cəbhədə Ordumuzun hər gün yeni əraziləri işğaldan azad etməsini həzm edən bilməyən düşmən belə terror aktlarını törətməklə qisasını dinc sakinlərdən aldığını zənn edirdi: "O günlər heç vaxt yaddan çıxası deyil. Biz Ordumuz irəlilədikcə sevinir, başımıza mərmi yağdırmalarına baxmayaraq, qələbəni bayram edirdik. Hətta mənim evimə mərmi düşən gün Ordumuz bir neçə yaşayış məntəqəsini işğaldan azad etmişdi və biz evimizin dağılmasına baxmayaraq, qələbə sevincimizi yaşayırdıq".

O, əlavə edib ki, hadisə zamanı ailə üzvləri qonşu kənddə olduqları üçün xəsarət alan olmayıb, lakin ev tamamilə dağılaraq yararsız hala düşüb.

S.Allahverdiyev evinin yenidən yüksək keyfiyyətlə bərpa edildiyi üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi