Yuxarı

Bəhram Xəlilov Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirib

Minlərlə gənc Komissiyanın vasitəsilə dövlət qulluğuna qəbul olunub

Bakı. 28 aprel. REPORT.AZ/ "Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olduğum müddətdə dövlət qulluğu imtahanında müsahibə mərhələsinin ən zəif və subyektiv mərhələ olduğunu gözəl bilirdim. Lakin müsahibənin keçirilməsini heç bir şübhə altına salmaq lazım deyil. Çünki bu, kadrlar seçimində mütləqdir".

"Report"un məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsinin müzakirəsində iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B.Xəlilovun sözlərinə görə, müsahibələrin şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb: "Hətta müsahibələrin görüntülərini video şəklində çəkib arxivləşdirdik. Hər kəsi dəvət edirdik ki, gəlib istənilən müsahibədə iştirak etsin. Ancaq heç bir mətbuat nümayəndəsi həmin anlara baxmaq üçün gəlmirdi".

O, həmçinin qeyd edib ki, minlərlə gənc Komissiyanın vasitəsilə dövlət qulluğuna qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi