93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib

93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib Vakant vəzifələrdən ikisi apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır
Sosial müdafiə
28 Oktyabr , 2015 15:28
93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası bu gündən 5 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 93 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Komissiyadan "Report"a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 91-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, ikisi isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı bu gündən etibarən noyabrın 26-na kimi Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Xatırladaq ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. 

Son xəbərlər

Orphus sistemi